İstanbulda Polis Mərkəzi yaxınlığında motosiklet partladılıb, beş nəfər yaralanıb
- 06.10.2016, 19:08,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İstanbulda Polis Mərkəzi qarşısında avtomobil deyil, motosiklet partladılıb.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, İstanbul valisi Vasip Şahin bildirib ki, partlayış içərisində bomba yerləşdirilmiş motosikletin partladılması nəticəsində törədilib. Vali partlayış nəticəsində 5 nəfərin yaralandığını açıqlayıb.
***
İstanbulda Polis Mərkəzi yaxınlığında törədilən terror aktında 5 nəfər yaralanıb.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır. Yaralıların hamısı xəstəxanalara çatdırlıb.
Partlayışın gücündən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşəsi sınıb.
Polisin partlayışı törətməkdə şübhəli sayılan 1 nəfəri axtardığı bildirilir.
Məlumatda o da bildirilir ki, eyni Polis Mərkəzi 2012-ci ildə də terror hücumuna məruz qalıb.
***
İstanbulda partlayış törədilib.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbulun Şirinevler rayonunda 75-ci İl Polis Mərkəzi yaxınlığında içərisində bomba olan avtomobil partladılıb.
Partlayışda çoxlu sayda insan yaralanıb. Partlayışın təsirindən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşələri sınıb.
Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım heyətləri cəlb olunub.
İHA partlayışdan sonra hadisə yerində atəş səslərinin eşidildiyi barədə xəbər yayıb.