Azərbaycanın futbol üzrə milli komandası DÇ-2018-in seçmə mərhələsində qrup lideri olub

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. APA-nın məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb.

UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Robert Prosineçkinin yetirmələri üçün ilk ev qarşılaşması olub.

Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirməyə nail olub. 12-ci dəqiqədə Maksim Medvedevin qolu ilə hesabı açan yığmamız matçın sonuna qədər üstünlüyünü qoruya bilib.

Ev oyunundakı 3 xal komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnib. Yığmamızın turu zirvədə bitirməsi üçün Almaniya millisi Çexiya qarşısında xal itirməlidir.

DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası

C qrupu
II tur
8 oktyabr

Azərbaycan - Norveç - 1:0
Qol: Maksim Medvedev, 12

Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri