Şəbnəmdən hamiləlik fotoları - 18 gün əvvəl “yalandır” demişdi
- 10.10.2016, 19:32,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Şəbnəm Əsədova (Tovuzlu) hamiləliyini təsdiq edən fotolar paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, 4 aylıq hamilə olan Şəbnəm istirahət edən zaman çəkilən şəkillərini izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, “Qafqazinfo”da ötən ay Şəbnəmin ana olacağı ilə bağlı xəbər yayımlanmışdı.
İfaçı isə mətbuata açıqlamasında xəbərin yalan olduğunu bildirmişdi:
“Mən bütün günü efirlərdə və tədbirlərdəyəm. Hamı məni görür. Necə hamiləyəm ki, onu görən, bilən yoxdur? Elə bir şey olsa sevinərəm, Allaha şükür “bic” doğmuram ki… Ana olmaq böyük duyğudur, təbii ki, hamilə olsam açıqlayacağam. Onu da deyim ki, ana olmaq fikrim var”.
Maraqlıdır ki, müğənni sözügedən qalmaqallı açıqlamasından cəmi 18 gün sonra özü-özünü təkzib etdi...
Qeyd edək ki, Şəbnəmin doğulacaq övladının atası Hacı Rafiq adlı iş adamıdır. Sözügedən şəxsin 3 övladının olduğu bildirilir.
Şəbnəmin isə ilk nikahından Günel adlı qızı var.