Bakıda tikintidə baş verən qəzada xəsarət alanların adları açıqlanıb

Bakıda qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yükün aşması nəticəsində xəsarət alan 3 nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov APA-ya deyib ki, xəsarət alanlardan birinin – 1991-ci il təvəllüdlü Cavid İsmayılovun vəziyyəti ağırdır. Onun daxili üzvləri zədələnib, dalağı partlayıb və hazırda üzərində cərrahiyyə əməliyyatı aparılır.

Kəllə-beyin travması alan 1994-cü il təvəllüdlü Samirə Qocayeva və 1992-ci il təvəllüdlü Elmira Muradovanın isə həyati təhlükələrinin olmadığı bildirilib.

***

Bakıda tikintidə qəza baş verib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə bu gün R. Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb.

Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.

Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri