Azərbaycan yığması DÇ-nin 3 seçmə oyununda qol buraxmamaqla tarixinin rekordunu təkrarlayıb

Azərbaycanın futbol üzrə milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxıb. APA-nın məlumatına görə, yığmamız səfərdə Çexiya ilə qarşılaşıb.

Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimal hesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamızın səfər oyununda hesab açılmayıb 0-0.

Çətin səfərdən 1 xal qazanmaq belə Robert Prosineçkinin yetirmələri üçün uğur hesab olunur.

Futbolçularımızın Çexiyada uduzmaması artıq bir yubileyin qeyd olunması ilə nəticələnib. Belə ki, tarixi ərzində çıxış etdiyi bütün seçmə mərhələlərdə cəmi 9 dəfə səfərdə xala və qələbəyə sevinmiş seçməmiz bu dəfə yubileyi rəsmiləşdirib.

San-Marino ilə səfər, Norveçlə ev matçlarında qol buraxmayan yığmamız yenidən qapısını toxunulmaz saxlamağa bacarıb. Millimiz 3 seçmə oyununda qol buraxmamaqla, tarixinin rekordunu təkrarlayıb.


DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, C qrupu
III tur, 11 oktyabr


Çexiya – Azərbaycan - 0:0

Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali
Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)
Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)
UEFA nümayəndəsi: George Kumas (Kipr)
Ostrava. “Mestiski” stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri