Millimizin futbolçusu seks qalmaqalının “qəhrəman”ına çevrilib
- 12.10.2016, 14:30,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov seks qalmaqalının “qəhrəman”ına çevrilib.
Live.Az xəbər verir ki, APA-nın məlumatına görə, milliləşən legionerimiz dostlarını güdaza verməkdə günahlandırılır.
Belə ki, Eddi “Eybar”da çıxış etdiyi vaxt komanda yoldaşı olduğu Antonio Luna və Serxi Enriçin iştirakı ilə porno videonu internetə sızdırmaqda ittiham edilir. Bu video isə futbolçuların həbsi ilə nəticələnə bilər.
Məsələ ondadı ki, Luna və Enriç hələ 2015-ci ilin iyulunda gənc qızla aralarındakı intim əlaqəni telefonun yaddaşına köçürüblər. 17 saniyəlik rolikdə qızın görüntülərin yaddaşa köçürülməsinə etiraz etdiyi də aşlar görünür.
Bu video çəkiləndən 1 il 3 ay sonra, yəni ötən ay internetdə peyda olub və böyük qalmaqal yaradıb. Düzdü, “Eybar”ın baş məşqçisi futbolçuların şəxsi işinə qarışmayacağını və bu üzdən onları cəzalandırmayacağını açıqlayıb. Luna ilə Enriç isə internetdəki videoya görə ictimaiyyətdən və qızdan üzr istəyiblər.
Qalmaqalın bununla sakitləşəcəyi gözlənilsə də, səhnəyə videodakı qız çıxıb. San-Sebastyandakı kafelərin birində ofisiant işləyən qız videosunun yayıldığı üçün futbolçuların hərəsindən 10 min avro qoparıb. İspaniya mətbuatı iddia edir ki, belə videonun internetə düşdüyü üçün futbolçuların həbsi də istisna deyil.
Pornokadrların yayılmasında isə birbaşa İsrafilov günahkar hesab olunur. Enriç verdiyi açıqlamada məhz millimizin üzvünü ittiham edib: “Əslində, qorxulu bir şey yoxdu. Videoya kimin əli çatırdı? Məncə, bu Eddidi. Başqa heç kim bunu edə bilməzdi. Biz həmin vaxt onunla çox yaxın idik. Videomuzu da onunla paylaşmışdıq. İndi bu qız bizə lazımsız problemlər yarada bilər”.
Bu açıqlamadan sonra mətbuatın şübhələndiyi Pedro Leon ittihamlardan azad olub. Artıq dostlarını çətin vəziyyətə salanın Eddi olduğu çoxlarında şübhə doğurmur.
Qeyd edək ki, bu, Azərbaycan yığmasının üzvlərinin iştirakı ilə son vaxtlarda ikinci belə qalmaqaldı. Eddidən fərqli, Pərdis Fərcad-Azad özünün porno videosunu yaymışdı. Almaniyada yol verdiyi hərəkətə görə məhkəməyə düşən futbolçu ilə bağlı istintaq hələ də davam edir.