Azərbaycan valyuta ehtiyatlarında qızılın payına görə qlobal reytinqdə 55-ci yeri tutur
- 13.10.2016, 10:52,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ümumdünya Qızıl Şurası (World Gold Council) valyuta ehtiyatlarında qızılın payına görə ölkələrin oktyabr reytinqini açıqlayıb.
APA sənədə istinadən xəbər verir ki, Azərbaycan siyahıda 55-ci yerdə qərarlaşıb.
Belə ki, ölkəmizin valyuta ehtiyatlarında qızılın payı 18,1% və ya 30,2 ton təşkil edib.