Paytaxtda üzərində xəsarətlər olan kişi meyiti tapılıb

Bakıda üzərində xəsarətlər olan kişi meyiti tapılıb. Bu barədə Trend-ə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 12-də baş verib. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində küçədən üzərində xəsarətlər olan meyit tapılıb. Aparılan araşdırmalar zamanı meyitin Məmmədov Zakir Fərrux oğlu olduğu müəyyənləşib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq orqanında cinayətin baş vermə səbəbləri araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri