VTB Azərbaycan iqtisadiyyatına $700 mln. yatırıb
- 14.10.2016, 12:01,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"VTB Qrup" 2009-cu ildən etibarən Azərbaycan iqtisadiyyatına $700 mln. həcmində investisiya yatırıb.
APA "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Eldar Tlyabiçev bildirib.
Onun sözlərinə görə, bu vəsaitdən $300 mln. "Bank VTB (Azərbaycan") ASC-nin inkişafına, $400 mln. isə nəqliyyat və infrastruktur kimi sahələrdə reallaşdırılan layihələrin inkişafına yönəldilib.
"Bank VTB (Azərbaycan)" ASC-nin səhmlərinin 51%-i Rusiyanın "Bank VTB" ASC-yə, 48,99% "AtaHolding" ASC-yə, 0,01% isə fiziki şəxsə məxsusdur.