Lavrov: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər
- 14.10.2016, 19:59,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Türkiyə regionda normal qarşılıqlı iqtisadi fəaliyyəti təmin edərək müsbət rol oynaya bilər: “Bu həmişə diqqət yetirdiyimiz vacib faktordur”.
Nazir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında həlledici olacaq: “Türkiyə bütün regionda logistik, nəqliyyat, infrastruktur sahələrində qarşılıqlı fəaliyyəti təmin edərək müsbət rol oynaya bilər”.