İmişlidə 4,5 maqnitudalı zəlzələ olub, ətraf rayonlarda hiss edilib

Bu gün yerli vaxtla saat 11:52-də Saatlıdan 30 km cənub-qərbdə, İmişli rayonu ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib.
Zəlzələ episentrə yaxın digər ətraf rayonlarda 3 bala qədər hiss olunub.

***
Bu gün səhər saat 11.50 radələrində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızının APA-ya verdiyi məlumata görə, ilkin məlumatlara əsasən 4,5 maqnitudalı zəlzələnin episentri İmişli rayonu olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, zəlzələ Ağcabədi, Ağdam, Tərtər, Yevlax və Bərdə rayonlarında da hiss edilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri