Bakı-Tbilisi-Qars dəmiryolu çərçivəsində tunelin inşası üzrə komissiyanın birinci iclası keçirilir

Bakı-Tbilisi-Qars dəmiryolu çərçivəsində tunelin inşası üzrə komissiyanın birinci iclası keçirilir Tbilsidə Bakı-Tbilisi-Qars yeni dəmiryolu xəttində dəmiryol tunelinin tikintisinə kömək məqsədilə Gürcüstan-Türkiyə birgə komissiyasının birinci iclası keçirilir.

Trend-in məlumatına görə, görüşdə Gürcüstan tərəfindən İqtisadiyyat Nazirliyi, DİN, vergi xidməti, "Marabda-Kartsaxi Dəmiryolu" ASC və "Gürcüstan Dəmir Yolları" ASC-nin nümayəndələri iştirak edirlər. Türkiyə tərəfindən isə Nəqliyyat, Dəniz İşləri və Kommunikasiya Nazirliyi, Gömrük Məsələləri və Ticarət Nazirliyi və Ərdəhan vilayəti yerli icra hakimiyyəti orqanının nümayəndələri iştirak edirlər.

Görüş iştirakçıları bildiriblər ki, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsi yeni mərhələyə daxil olur. Gürcüstan və Türkiyəni birləşdirəcək tunelin tikintisinə başlanılır.

Bu gün görüş iştirakçıları Samtsxe-Cavaxeti regionunda inşaat işlərinin gedişi ilə tanış olublar.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri