"Volkswagen" xərclərini 10% azaldır
- 17.10.2016, 11:07,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Volkswagen" avtomobil konserni "dizel qalmaqalı" üzrə kompensasiyaların ödənişi səbəbindən 2017-ci ildə xərclərini 10% azaldacaq. APA xəbər verir ki, bunu konsernin rəhhbəri Mattias Müller deyib.
"Xərclərin azaldılması ağır prosesdir. Lakin şirkət avtomobil sənayesindəki struktur dəyişikliklərinə riayət etməlidir ki, bu da az xərc aparmır", - deyə şirkət rəhbəri əlavə edib.
Qeyd edək ki, noyabrın 18-də şirkətin Müşahidə Şurasının iclası keçiriləcək. Həmin iclasda qarşıdan gələn illər üzrə xərclərin planı təsdiqlənməlidir.
Bundan öncə "The Wall Sreet Journal" yazıb ki, "Volkswagen" ABŞ-dakı dilerlə $1,2 mrld. həcmində təzminat ödəməyə razılaşıb.