Vladimir Putin prezident İlham Əliyevə məktub göndərib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən 25 il ərzində sosial-iqtisadi və elmi-texniki inkişafın aktual məsələlərinin həllində Azərbaycanın qazandığı uğurlar hamı tərəfindən etiraf edilir. Sizin ölkəniz dünya arenasında haqlı olaraq böyük nüfuz qazanıb.

Məmnuniyyətlə qeyd edirəm ki, möhkəm mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir. Əminəm ki, bütün istiqamətlərdə ikitərəfli konstruktiv əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlədəcək, habelə beynəlxalq məsələlərdə səylərimizi daha sıx əlaqələndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, rifah və uğurlar, bütün Azərbaycan vətəndaşlarına sülh və firavanlıq arzu edirəm".
Şərhlər
Siyasət bölməsinin xəbərləri