Azərbaycan əhalisinin sayı açıqlanıb
- 17.10.2016, 19:04,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İlin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7% artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 775,7 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.
Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində ölkədə 106,5 min, yaxud hər gün orta hesabla 436 doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlardan ibarət olmuşdur. Körpələrin 1872-si əkiz, 51-i isə üçəm doğulub.
Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 37,8 min ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.