Azərbaycan yığması FİFA reytinqində 45 pillə irəliləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb. APA-nın məlumatına görə, cədvəl Azərbaycan milisinin fantastik sıçrayışla əlamətdar olub.

Yığmamız ötən ayla müqayisədə 45 pillə irəliləyib. Kurasao ilə eyni qədər inkişafa nail olan komandamız yalnız Monteneqronun irəliləyişinə həsəd apara bilər. Sonuncular irəli doğru 49 addım atıb.

Hesabında 404 xal olan Azərbaycan yığması 88-ci pillədə qərarlaşıb. Ötən ay 252 xalla 133-cü olan Robert Prosineçkinin yetirmələrinin 152 xal qazanması DÇ-2014-ün Norveçlə ev (1:0), Çexiya ilə səfər (0:0) qarşılaşmaları sayəsində mümkün olub.

Nəticədə komandamız Bolqarıstan, Qazaxıstan, Litva və Latviya kimi Avropa ölkələrini arxada qoyub.

Millimiz və “qonşular”ı
84 (78). Çin - 419
85 (91). Keniya - 416
86 (82). Honduras - 411
87 (93). Haiti - 405
88 (133). Azərbaycan - 404
89 (104). Bolqarıstan - 395
90 (83). Qazaxıstan - 386
91 (85). Qətər - 385
92 (81). Ekvatorial Qvineya - 380

Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Belçika 2-ci sıranı əldən verib. Nəticədə Almaniya 2-ci, Braziliya 3-cü yerə yüksəlib. Bundan başqa, Portuqaliya və Kolumbiya 1 addım geriləyib, Fransa eyni qədər irəliləyib. İspaniya isə “10-luğ”a daxil olub.

İlk “onluq”
1 (1). Argentina – 1621
2 (3). Almaniya – 1465
3 (4). Braziliya – 1410
4 (2). Belçika – 1382
5 (4). Kolumbiya – 1361
6 (6). Çili – 1273
7 (8). Fransa – 1271
8 (7). Portuqaliya – 1231
9 (9). Uruqvay – 1175
10 (11). İspaniya – 1168

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya irəliləyib, San-Marino mövqeyində qalıb. Digər komandalar isə geriləyib. Şimali İrlandiya 6, Çexiya 7, Norveç 11 addım geri düşüb.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
2 (3). Almaniya – 1465
36 (30). Şimali İrlandiya - 739
40 (33). Çexiya - 663
81 (70). Norveç - 438
201 (201). San-Marino – 17

Qeyd edək ki, qonşu Türkiyə yığması 25-ci yerə yuvarlanıb. 4 pillə geriləyən “ay-ulduzlular” 843 xala malikdi.
Şərhlər
İdman bölməsinin xəbərləri