AMB pul-kredit siyasətini dəyişməyib
- 20.10.2016, 18:00,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gözlənildiyi kimi, Avropa Mərkəzi Bankı (AMB) bu gün keçirdiyi iclasda pul-kredit siyasətini dəyişməyib. APA xəbər verir ki, AMB uçot dərəcəsini rekord 0% səviyyəsində saxlayıb ki, bu da analitiklərin proqnozu ilə üst-üstə düşüb.
Tənzimləyici depozitlər üzrə faiz dərəcəsini -0,4% səviyyəsində saxlayıb.
Bununla yanaşı, AMB kəmiyyət yumşaldılması (QE) proqramının tələblərini də dəyişməyib - tənzimləyici hər ay təxminən 80 mlrd. avro həcmində qiymətli kağız almağa davam edəcək.
Qeyd edək ki, bu, Böyük Britaniyanın Avropa İttifaqını tərk etdikdən sonra AMB-nin ilk qərarıdır.
Hazırda bazarlar AMB-nin prezidenti Mario Draqinin mətbuat konfransını gözləyir.