Bu il orta məktəblərin I siniflərinə 141166 şagirdin qəbulu gözlənilir

Bu il Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərinin I siniflərinə proqnoz üzrə 141166 şagirdin qəbulu gözlənilir.


Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, siniflərdə şagird sıxlığının mövcud normalara uyğun olması nəzarətdə saxlanacaq.


Tədrisin keyfiyyətinə diqqət yetirilməsi və daha da yaxşılaşdırılması istiqamətində isə müvafiq addımlar atılacaq. Belə ki, ali təhsil müəssisələrində və ümumiyyətlə, təhsil sistemində tədris prosesinin yaxşılaşdırılması, neqativ halların aradan qaldırılması ilə bağlı “Qaynar xətt” xidməti yaradılıb. Bu xidmət tərəfindən ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə müraciətlər qəbul olunur. Hər hansı zərurət yaranarsa, müvafiq ali təhsil müəssisələrində monitorinqlər aparılacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri