Hökməlidə baş vermiş partlayışda xəsarət alanlar Türkiyəyə köçürülüb
- 21.10.2016, 11:26,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünən Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş patlayış nəticəsində xəsarət alanlardan 2 nəfər Türkiyəyə köçürülüb.
Trend-in məlumatına görə, xəsarət alan ev sahibi Müşviq Qurbanov və həyat yoldaşı Şəbruz Novruzova dünən gecə saatlarında Respublika Yanıq Mərkəzindən Türkiyədəki hospitallardan birinə köçürülüblər.
Hadisə nəticəsində xəsarət alan ailənin digər üzvü - 12 yaşlı Leyla Qurbanlı isə vəziyyəti sabit olduğundan onun müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir.
Qeyd edək ki, oktyabrın 20-də səhər saat 5:00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində "Azəravtoyol" ASC-nin əməkdaşı 1972-ci il təvəllüdlü M.Qurbanovun mənzilində qaz sızmasından partlayış baş verib.
Hadisə nəticəsində M.Qurbanov və həyat yoldaşı yoldaşı 1972-ci il təvəllüdlü Ş.Novruzova və qızı 2004-ci il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri alıblar.
Ailənin digər üzvü - 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasının dəyişib.