Səidədən Elnarəyə - “Başını yerindən üzərəm!”

Müğənni Elnarə Xəlilova “5/5” verilişində çıxışı zamanı bildirib ki, Səidənin müğənnilik karyerasına başlamasında, Vaqif Gərayzadə ilə tanışlığında məhz onun rolu olub. Elnarənin bu çıxışından sonra qadın sənətçilər arasında qalmaqal yaranıb və hələ də davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Səidə Sultan “İnstagram” hesabında E. Xəlilovanın ünvanına sərt sözlər işlədib:

“Bezdim bu mənasız söz-söhbətlərdən! İnan, Ay Elnarə, adımın səninlə hallanması üçün ürəyim getmir. Nəzərinə çatdırım ki, danışan, adımı çəkən sənsən. Nə bilim, deyirsən, mənə o vaxt sən yaxınlaşmısan, sən təklif etmisən?.. Yəqin bilirsən ki, sizin rəhbəriniz Vaqif Gərayzadə olub. Mənə elə gəlir ki, o kişinin razılığı olmadan sən özbaşına hərəkət edə bilməzdin. Nəinki sən, heç biriniz! Bizə gələn yəqin Röyanın ruhu idi. Gəlin, məntiqlə fikirləşək. Əgər mən “W-trio”ya gəlirəmsə, qrupun repertuarını öyrənməliydim. İndi o mahnıların sözlərini mənə vermisən deyə, o deməkdir ki, mənim əlimdən tutub səhnəyə gətirmisən? Ya da ki, mənə oxumaq öyrətmisən? Nəzərinə çatdırım ki, mən solo karyerama tək başlamışam. 17 yaşım olanda Heydər Əliyev Sarayında məhz bəstəkar Esmiraldanın mənə yazdığı “Gecə yarısı” adlı mahnını oxuyurdum. Mən sizin üçün yerdən çıxma müğənni deyiləm ki, çıxıb deyəsən ki, “Səidəni səhnəyə mən gətirmişəm”. Nəinki sən, başqası da artıq danışsa başını yerindən üzərəm! Adımı çəkmə, çəkməyim! Artıq danışma, danışmayım! Hər kəs gedib öz işi ilə məşğul olsun. Bil nə danışırsan, kimə sataşırsan. Özünü də korifey hesab eləmə!”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri