Sədr: "Soso Pavliaşvili üzr istəsə, Azərbaycana gələ bilər"

"Gələcəkdə müğənni Soso Pavliaşvili Qarabağa qanunsuz səfər etdiyi üçün üzr istəsə, Azərbaycana gələ bilər".


APA-nın məlumatına görə, bunu "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov söyləyib.


B. Səfərov deyib ki, S. Pavliaşvili üzr istədikdən sonra Azərbaycana səfər etsə, o halda müğənninin məcburi köçkünlərlə görüşünü şəxsən təşkil edə bilər: "Bəzən erməni lobbisinə, Ermənistanın hazırkı hakimiyyətinə aldanan bəzi tanınmış şəxslər Qarabağa qanunsuz səfərlər edirlər. Bu insanlar səhvlərini etiraf edərlərsə, onları bağışlamaq mümkündür. Mən bunu əvvəllər də demişəm. Soso Pavliaşviliyə münasibətdə də bu mövqedən çıxış edirəm".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri