Maduro: “Neft qiymətlərinin 10 illik sabitləşməsi formulu hazırlanmalıdır”
- 22.10.2016, 10:21,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 21-də Azərbaycana rəsmi səfərə gələn Venesuela prezidenti Nikolas Maduro neft qiymətlərinin 10 illik sabitləşməsi formulu hazırlanmasının təşəbbüsü ilə çıxış edib.
APA-nın məlumatına görə, bu barədə VTV telekanalı xəbər verib.
“Söhbət əvvəl 6 ay müddətinə neft qiymətlərinin sabitləşdirilməsi, sonra isə 10 il müddətinə nəzərdə tutulmuş qiymətlərin müəyyənləşdirilməsi və sabitləşməsi formuluna dair yeni mexanizmin işlənib hazırlanmasından gedir”, deyə N.Maduro bildirib.
Məlumata görə, hazırda Azərbaycanda olan N.Maduro İran, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək. VTV telekanalının məlumatına görə, Bakıda Azərbaycanla Venesuela arasında pambıqçılıq da daxil olmaqla bir sıra ikitərəfli sənədlər imzalanacaq.