“Bavariya”nın yarımmüdafiəçisi Avropanın ən yaxşı gənc futbolçusu seçilib

“Bavariya” klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy” mükafatına layiq görülüb.

Bu barədə İtaliyanın “Tuttosport” qəzeti xəbər verib.

2003-cü ildə “Tuttosport” tərəfindən təsis edilmiş “Golden Boy” mükafatı hər il yaşı 21-dən çox olmayan ən yaxşı Avropa futbolçusuna təqdim edilir.

Avqustun 18-də 19 yaşı tamam olmuş R.Sançeş “Golden Boy” mükafatına layiq görülən ilk portuqaliyalı futbolçudur.

Qeyd edək ki, R.Sançeş Portuqaliya yığmasının heyətində AVRO-2016-nın qalibi olub. Mayda “Benfika”dan “Bavariya”ya 35 milyon avroya keçən gənc futbolçu Münhen klubu ilə 5 illik müqavilə imzalayıb.



APA
Şərhlər
İdman bölməsinin xəbərləri