“From Russia” layihəsinin rəhbəri Vlad Mini Azərbaycana gəlib

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində dünya şöhrətli səyahətçi, “From Russia” ekspedisiya layihəsinin rəhbəri Vlad Mini ilə görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə “Rusiyaya pəncərə” adlı fotoekspozisiya açılıb.

Təqdimat mərasimi çərçivəsində “Novosibirsk adaları” adlı sənədli film nümayiş olunub, ekspedisiya tərəfindən hazırlanan fotoşəkillər və video-roliklər Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinə hədiyyə verilib.

Sosial-mədəni layihə kimi hazırlanan ekspedisiyanın məqsədi Rusiyada olan diasporların və diplomatik mərkəzlərin iştirakı ilə Rusiyanın bölgələrinə səfərlər təşkil etməkdir. Ekspedisiya marşrutu Gürcüstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan kimi ölkələrdən keçərək, Qazaxıstanın Astana şəhərində başa çatacaq.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri