Xocasən gölündə üç uşaq batıb

Bakıda 3 uşaq göldə boğulub.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə bu gün Xocasən gölündə baş verib. 10-12 yaşında üç uşaq göldə çimərkən batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Hazırda onların tapılması istiqamətində tədbirlər davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri