Bu gün Avropa Liqasında növbəti mövsümün ilk 2 təsnifat mərhələsinin püşkü atılıb.
Live.az-ın APA-ya istinadən vediyi məlumata görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan mərasimdə Azərbaycanın turnirdəki təmsilçiləri – “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın da rəqibləri bəlli olub.
Çempionlar Liqasındakı təmsilçimiz “Neftçi”dən fərqli bu turnirdəki klublarımız hamısı mübarizəyə ilk mərhələdən başlayacaq. Lakin səpələnmişlər sırasında olduğundan zəif rəqiblə düşən hər 3 komandamızın mərhələ keçmək şansları böyükdür.
Ölkə kubokunun qalibi “Xəzər Lənkəran” cırtdan ölkə təmsilçisi ilə qarşılaşacaq. İlk dəfə Azərbaycan klubuna rəqib olan Maltanın ən titullu klubu “Slima” cənublularla görüşəcək. “Qarabağ”ın da işi o qədər çətin olmamalıdır. Ağdamlılar 3 il əvvəl bu turnirdə oynadığı Makedoniya “Metallurq”unu sınağa çəkəcək. Bakı “İnter”inin rəqibi olan Finlandiya “Mariehamn”ı da güclü rəqib saymaq olmaz.
Təmsilçilərimiz mərhələ adlayacağı halda, onların rəqibləri də məlumdur. Cənublular İsrailin “Makkabi”si (Hayfa) ilə üzləşmək üçün mərhələ adlamalıdır. Ağdamlılar da bunu bacarsa, onda Polşa “Pyast”ı ilə üz-üzə gələcək.
“İnter” kimi onun potensial rəqibi də ilk mərhələdə müəyyənləşməlidir. Belə ki, bakılılar mərhələ keçəcəyi halda “Selye” (Sloveniya) - “Tromse” (Norveç) cütünün qaliki ilə oynayacaq. Hər 3 komandamız ilk mərhələni səfərdə başlayacaqsa, növbəti mərhələdə ilk oyunlarını evdə keçirəcək.
Turnirdə II mərhələdən başlayacaq millimizin müdafiəçisi Ruslan Abışovun oynadığı “Rubin” də münasib rəqiblə - Serbiyanın “Yaqodina” klubu ilə düşdüyündən şansı böyükdür.
I təsnifat mərhələsi1. “Metallurq” (Makedoniya) -
“Qarabağ” (Azərbaycan)2. “Slima” (Malta) -
“Xəzər Lənkəran” (Azərbaycan)3. “Mariehamn” (Finlandiya) -
“İnter” (Azərbaycan)4. “Vikinqur” (Farer adaları) - “İnter” (Finlandiya)
5. “Çixura” (Gürcüstan) - “Vaduts” (Lixtenşteyn)
6. “Teteks” (Makedoniya) - “Pünik” (Ermənistan)
7. “Hibernians” (Malta) - “Voyvodina” (Serbiya)
8. “Jalgiris” (Litva) - “Sent Patriks” (İrlandiya)
9. “Milsami” (Moldova) - “Düdelanj” (Lüksemburq)
10. “Teuta” (Albaniya) - “Daçiya” (Moldova)
11. “Astana” (Qazaxıstan) - Bolqarıstan təmsilçisi
12. “Brayton” (Uels) - “Ventspils” (Latviya)
13. “Libertad” (San-Marino) - “Sarayevo” (Bosniya və Herseqovina)
14. “UE Santa Koloma” (Andorra) - “Zrinski” (Bosniya və Herseqovina)
15. “Trans” (Estoniya) - “Gefle” (İsveç)
16. “Mladost” (Çernoqoriya) - “Fehervar” (Macarıstan)
17. “Domjale” (Slovakiya) - “Astra” (Rumıniya)
18. “Reykyavik” (İslandiya) - “Qlentoran” (Şimali İrlandiya)
19. “Flora” (Estoniya) - “Kukesi” (Albaniya)
20. “Levski” (Bolqatısran) - “İrtış” (Qazaxıstan)
21. “Rudar” (Çernoqoriya) - “Mika” (Ermənistan)
22. “Santa Koloma” (Andorra) - “Breydablik” (İslandiya)
23. “Tiraspol” (Moldova) - “Skonto” (Latviya)
24. “Fiorita” (San-Marino) - “Valetta” (Malta)
25. “Droeda” (İrlandiya) - “Malmö” (İsveç)
26. “Kruzaders” (Şimali İrlandiya) - “Rusenborq” (Norveç)
27. “Laçi” (Albaniya) - “Differdanj” (Lüksemburq)
28. “Vestmannaeyar” (İslandiya) - “Torshavn” (Farer adaları)
29. “Qandzasar” (Ermənistan) - “Aktobe” (Qazaxıstan)
30. Fulafyordur” (Farer adaları) - “Linfild” (Şimali İrlandiya)
31. “Jeness” (Lüksemburq) - TPS (Finlandiya)
32. “Çelik” (Monteneqro) - “Honved” (Macarıstan)
33. “Prestatin” (Uels) - “Metallurq” (Latviya)
34. “Bala Taun” (Uels) - “Levadiya” (Estoniya)
35. “Torpedo” (Gürcüstan) - “Jilina” (Slovakiya)
36. “Selye” (Sloveniya) - “Tromse” (Norveç)
37. “Kruoya” (Litva) - “Dinamo” (Belarus)
38. “Turnovo” (Makedoniya) - “Suduva” (Litva)
II təsnifat mərhələsi2-ci cütün qalibi - “Makkabi” (Hayfa, İsrail)
3-cü cütün - 36-cı cütün qalibi
1-ci cütün qalibi - “Pyast” (Polşa)
“Hakken” (İsveç) - “Sparta” (Çexiya)
“Dila” (Gürcüstan) - “Olborq” (Danimarka)
23-cü cütün qalibi - “Slovan” (Çexiya)
“Stomsqotset” (Norveç) - “Debretsen” (Macarıstan)
“Honka” (Finlandiya) - “Lex” (Polşa)
14-cü cütün qalibi - 11-ci cütün qalibi
“Senitsa” (Slovakiya) - 16-cı cütün qalibi
13-cü cütün qalibi - 19-cu cütün qalibi
“Panduri” (Rumıniya) - 34-cü cütün qalibi
“Petrolul” (Rumıniya) - 4-cü cütün qalibi
“Srvena Zvezda” (Serbiya) - 28-ci cütün qalibi
“Çernomorets” (Ukrayna) - 10-cu cütün qalibi
“Anartosis” (Kipr) - 15-ci cütün qalibi
“Tyun” (İsveçrə) - 5-ci cütün qalibi
“Hayduk” (Xorvatiya) - 38-ci cütün qalibi
“Şlensk” (Polşa) - 21-ci cütün qalibi
“Şaxtyor” (Belarus) - 9-cu cütün qalibi
“Rieka” (Xorvatiya) - 33-cü cütün qalibi
“Höteborq” (İsveç) - “Trençin” (Slovakiya)
26-cı cütün qalibi - “Sent-Conson” (Şotlandiya)
“Ştrum” (Avstriya) - 22-ci cütün qalibi
“Ksanti” (Yunanıstan) - 30-cu cütün qalibi
12-ci cütün qalibi - 31-ci cütün qalibi
25-ci cütün qalibi - “Hibernian” (Şotlandiya)
8-ci cütün qalibi - 6-cı cütün qalibi
7-ci cütün qalibi - 32-ci cütün qalibi
37-ci cütün qalibi - “Lokomotiv” (Xorvatiya)
“Trabzonspor” (Türkiyə) - “Derri Siti” (İrlandiya)
20-ci cütün qalibi - “Şiroki Briyeq” (Bosniya və Herseqovina)
“Hodd” (Norveç) - 28-cu cütün qalibi
17-ci cütün qalibi - “Omoniya” (Kipr)
“Yaqodina” (Serbiya) - “Rubin” (Rusiya)
“Beroe” (Bolqarıstan) - “Hapoel” (T-Ə, İsrail)
“Olimpiya” (Sloveniya) - 35-ci cütün qalibi
18-ci cütün qalibi - “Standard” (Belçika)
24-cü cütün qalibi - “Minsk” (Belarus)
27-ci cütün qalibi - “Utrext” (Hollandiya)
Qeyd edək ki, I mərhələnin oyunları iyulun 4 və 11-də, II mərhələnin matçların iyulun 18-də 25-də keçiriləcək.