Sabirabadda avtomobil kanala aşıb, iki nəfər suda boğulub
- 27.10.2016, 18:34,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabadda avtomobil kanala aşıb, iki nəfər suda boğularaq ölüb.
APA-nın məlumatına görə, bu gün 10.30 radələrində Sabirabad rayonun Yastıqobu kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Füzuli rayonunun Ayıbasanlı kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Zaur Xaləddin oğlunun idarə etdiyi “Niva” markalı, 99 BU 480 dövlət nömrə nişanlı avtomobil Sabir kanalına düşüb. Nəticədə avtomobilin sürücüsü və Sabirabad rayonunun Bulaqlı kənd sakini, 1993-cü il təvəllüdlü Tağıyev Samir Akif oğlu suda boğularaq ölüb. Avtomobildə olan digər iki nəfər xilas olub.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.