Çin kəşfiyyatı Pentaqonun gizli planlarını ifşa edib
- 28.10.2016, 12:11,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çin casusları dəfələrlə ABŞ-ın milli təhlükəsizlik qurumları sıralarına daxil olaraq, Pentaqonun Çinlə mümkün münaqişəyə dair məxfi planlarının üstünü açmağa nail olublar.
APA-nın xəbərinə görə, bu barədə “Washington Free Beacon” nəşri Konqres komissiyasının hesabatına istinadən məlumat yayıb.
Sənəd layihəsində qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu və ABŞ-ın Sakit okean komandanlığı (USPACOM) kimi qurumlar Çin casuslarının hədəfi olub.
Pentaqon nümayəndələri qeyd edirlər ki, ən səs-küylü casus qalmaqalı USPACOM-un polkovnik-leytenantı Benjamuin Purs Bişopla bağlı olub. O, 2014-cü ilin martında münasibətdə olduğu çinli qadına məxfi materiallar ötürdüyünü etiraf edib.
USPACOM-un bir neçə vəzifəli şəxsinin Çin kəşfiyyatına işlədiyi bildirilib.
Hesabata əsasən, FTB IT şöbəsinin əməkdaşı Kun Şan Co Çun ABŞ-ın müşahidə sahəsindəki yeni texnologiyaları barədə məlumatların Çin tərəfinə ötürdüyünü etiraf edib: “Onların əldə etdikləri məlumatlar arasında 5,6 mln. barmaq izləri var. Onların vasitəsi ilə ABŞ kəşfiyyatına çalışan casusları identifikasiya etmək mümkündür”.
Hesabatın tam mətni noyabrın 16-da dərc ediləcək.