Nazirlik: Məktəblərə istiliyin daha tez verilməsi üçün müraciət etmişik

“Maye yanacaqla qızdırılan məktəblərə yanacaqların verilməsi prosesi bir müddətdir, başlayıb”.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, fərdi qazanxanası olan məktəblər isə istiliklə təmin olunub. Məlumatda qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar, məktəblərə istiliyin tez verilməsi ilə bağlı müvafiq dövlət qurumuna müraciət edilib.

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev APA-ya bildirib ki, havaların kəskin soyuması ilə əlaqədar sosial obyektlərə, o cümlədən orta ümumtəhsil məktəblərinə istiliyin verilməsi nəzərdə tutulmuş vaxtdan, yəni noyabr ayının 15-dən daha tez baş tuta bilər. Bunun üçün həmin tədris müəssisələrindən müraciət daxil olmalıdır.
Şərhlər
Sosial bölməsinin xəbərləri