Eldar Mahmudovun axtarışda olan "sağ əli" İspaniyada tutulub
- 28.10.2016, 19:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Eldar Mahmudovun axtarışda olan "sağ əli" İspaniyada tutulub
APA-nın İspaniyanın “lavanguardia.com” saytına istinadən məlumatına görə, “Akula Akif” ləqəbi ilə tanınan Akif Mustafayev İspaniyanın Loret-de-Mar şəhərində saxlanılıb.
Saytın yazdığına görə, o, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov üçün biznesmendən 285 min dollar alınmasında təqsirli bilinir.
Hazırda Akif Mustafayevin Azərbaycana ekstradisiya olunması istiqamətində iş aparılır.
Qeyd edək ki, A. Mustafayev E. Mahmudovun ən yaxın adamlarından olub. O, “MTN işi”ndə adı keçdiyi üçün ölkədən qaçıb.
Azərbaycan hüquq-mühafizə orqanları A. Mustafayevi rüşvətxorluqda təqsirli bilərək barəsində İnterpol xətti ilə axtarış elan edib.
A. Mustafayev E. Mahmudovun "sağ əli" sayılırdı.