Nazir: "Bakı-Tiflis-Qars layihəsinin tikintisində gecikmə Türkiyədə baş verir"
- 28.10.2016, 19:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinin tikintisi yalnız Azərbaycan və Gürcüstandan deyil, həm də Türkiyədən də asılıdır".
APA-nın məlumatına görə, bunu Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, layihənin tikintisində gecikmə Türkiyə tərəfində baş verir: "Türkiyə tərəfi layihə üzrə aparılan işlərin hələ gələn il başa çatdırılacağını bildirib. Biz inanırıq ki, layihə gələn il başa çatacaq".