ABŞ-da hava limanında təyyarə yanıb, 20 nəfər yaralanıb

ABŞ-ın Çikaqo şəhərinin hava limanında “American Airlines” şirkətinə məxsus təyyarədə baş verən yanğın nəticəsində xəsarət alanların sayı 20-yə çatıb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çikaqo Yanğından Mühafizə xidmətinin nümayəndəsi Xuan Ernandes bəyan edib.


“Tərəfimizdən 20 nəfər xəstəxanalara göndərilib. Onların həyatlarına təhlükə yoxdur. Xəsarət alanların əksəriyyəti təxliyə zamanı, təyyarənin trapı ilə düşərkən yüngül zədələnib”, deyə X. Ernandes mətbuat konfransında bildirib.

***



ABŞ-ın Çikaqo şəhərinin hava limanında “American Airlines” şirkətinə məxsus təyyarədə baş verən yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “Chicago Tribune” qəzeti məlumat verib.

Xəsarət alanlardan 7-si sərnişin, 1-i isə ekipaj üzvüdür. Yaralıların xəstəxanaya yerləşdirildiyi, onların həyatına təhlükə olmadığı bildirilir.

“American Airlines” yanğının texniki nasazlıq səbəbindən baş verdiyini bildirib.

***


ABŞ-ın Çikaqo şəhərinin hava limanında “American Airlines” şirkətinə məxsus təyyarədə yanğın olub.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

Mayami şəhərinə uçan təyyarənin göyərtəsində 161 sərnişin və 10 ekipaj üzvü olub. İnsident nəticəsində zərərçəkən olmayıb. Sərnişinlər operativ şəkildə təxliyə edilib.

İlkin versiyaya əsasən, yanğın texniki nasazlıq səbəbindən baş verib.
Şərhlər
Dünya bölməsinin xəbərləri