Şəbnəm Tovuzlu: "Ərimin ikinci arvadıyam"

İkinci dəfə ərə getmişəm. İlk nikahım uğursuz oldu. Bir qızım vam, Allah qoysa, ikinci övladım doğulcaq. Oğlandır, atam Ələddinin adını verəcəyəm ona.

Live.Az vesti.az-a istinadən bildirir ki, müğənni Şəbnəm Tovuzlunun dediyinə görə, indiki əri ilə rəsmi nikahda yox, mülki nikahda yaşayır.

"İslamda deyilir ki, hər kişinin bir neçə arvadı ola bilər. Ərim Məkkəyə gedib, hacıdır. Onun ikinci arvadıyam və çox xoşbəxtəm. Ərim arvadı ilə boşanmayıb, iki övladı var. Ailədə əla münasibətlərimiz var. Ərimin valideynləri mənə tez-tez baş çəkir, mənə hər işdə yardım edirlər. Ərimə heç zaman ailəsi ilə ünsiyyəti yasaqlaya bilmərəm, çünki onları çox sevir. Hamı mənə deyir ki, axı ikinci arvad kimi necə yaşaya bilərsən... Deyirəm ki, buna normal yanaşıram. Mənimçün əsas məsələ sevgi və anlayışdır".

Ş.Tovuzlunun dediyinə görə, əri ona birgə fotolarını sosial şəbəkələrdə paylaşmağı, habelə açıq-saçıq geyinməyi yasaqlayıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri