Silvio Berluskoni: «Məni siyasi həyatdan silmək istəyirlər»

Silvio Berluskoni: «Məni siyasi həyatdan silmək istəyirlər» İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni «Rubigeyt» işi üzrə məhkəmə qərarının məqsədinin onu siyasi həyatdan silmək olduğuna əmindir.


«Mən bu təqiblərlə mübarizə aparmaq fikrindəyəm. Çünki mən tamamilə günahsızam və İtaliyanı həqiqətən azad və ədalətli etmək uğrunda mübarizədən çəkinmək istəmirəm», deyə Berluskoni bəyan edib.


Milan məhkəməsi bazar ertəsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini qalmaqallı «Rubi işi»nə görə 7 il azadlıqdan məhrum edib.


Bundan əlavə, məhkəmənin qərarına görə, Berluskoni ömürlük dövlət postlarını tuta bilməyəcək.


Keçmiş baş nazirə qarşı məhkəmə prosesi 2011-ci ilin aprelində başlayıb. İstintaq Berluskonini mərakeşli 18 yaşına çatmamış «Rubi» ləqəbli Kərimə əl-Marutla hədiyyə və pul mükafatı əvəzində intim əlaqədə günahlandırıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri