Gəncədə ağır qəza nəticəsində ölənlərin sayı 3-ə çatıb
- 31.10.2016, 23:27,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə-Şəmkir yolundа iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
APA-nın verdiyi xəbərə görə, xəsarət alanlardan biri, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov xəstəxanada keçinib.
Ölən digər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilir.
***
Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib.
APA-nın verdiyi xəbərə görə, ilkin məlumata əsasən, “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri alıb.
Xəsarət alanlar "Mercedes"-də olan Şəmkir rayon Seyfəli kənd sakinləri, 1987-ci il təvəllüdlü Rəşad Namazov, 1992-ci il təvəllüdlü Ricat Qafarov, 1989-cu il təvəllüdlü Pərviz Mahmudov, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nicat Zeynalovdur. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.