Universitet prorektorunun evindən 500 min manatadək oğurluqda təqsirləndirilənlərin məhkəməsi başlayıb
- 01.11.2016, 13:57,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov Pərviz Quliyev Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə başlayıb.
APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 10-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin evindən oğurluq etməkdə, ona ümumilikdə 429 min 172 manat dəyərində ziyan vurmaqda ittiham olunurlar.