Türkiyə baş naziri və ABŞ prezidenti Suriya hadisələrini müzakirə ediblər

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. APA-nın məlumatına görə, danışıq ABŞ prezidentinin təşəbbüsü ilə baş tutub.

Türkiyə hökumətinin yaydığı məlumata əsasən, söhbətdə əsasən Suriya məsələsi müzakirə olunub.

«İki lider, Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silah istifadə etməsinə işarəylə, siyasi həll üçün Türkiyə və ABŞ-ın birlikdə fəaliyyət göstərməyə, Suriya Koalisiyasını və Ali Hərbi Şuranı dəstəkləməyə davam edəcəklərini bildiriblər; terrorizmlə mübarizə mövzusunda da birgə fəaliyyət və əlaqələndirmənin davam edəcəyini ifadə ediblər.

Baş nazir Gəzi parkı ilə bağlı hadisələr haqqında da ABŞ prezidentinə məlumat verib.

İki lider, söhbət çərçivəsində mətbuat və ifadə azadlığının, zorakılıq olmayan toplantı və nümayiş azadlığının da hər iki ölkənin ortaq dəyərləri arasında olduğunu vurğulayıblar», deyə hökumətin yaydığı məlumatda bildirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri