Frank de Bur İtaliyanın “İnter” komandasının baş məşqçisi postundan uzaqlaşdırılıb

İtaliyanın “İnter” klubu Frank de Burla yolları ayırıb. “Neradzurra” hollandiyalı məşqçinin komandadan uzaqlaşdırılması ilə bağlı rəsmi məlumat yayıb.

Buna “İnter”in cari mövsümdə uğursuz nəticə göstərməsi səbəb olub.

Onun yerinə baş məşqçi funksiyasını müvəqqəti olaraq, Stefano Vyekki yerinə yetirəcək. “İnter”i Avropa Liqasında “Sauthempton”la matça əvəzedici heyətin çalışdırıcısı olan Vyekki çıxacaraq.

Qeyd edək ki, de Bur “İnter”in “sükanı” arxasına bu yay 6 il çalışdırdığı “Ayaks”dan ayrılaraq, keçmişdi.



APA
Şərhlər
İdman bölməsinin xəbərləri