Nəsrin Cavadzadə: “Dörd pişiyimə görə ərə getmirəm...”
- 03.11.2016, 14:39,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyə mətbuatına müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, aktrisa qatıldğı 53-cü Beynəlxalq Antalya Film Festivalında ötən il münsif olduğunu bildirib:
“Ötən il festivalda münsif idim. 10 ildir ki, bu film festivalına qatılıram. Bu il isə nə münsif oldum, nə də yeni filmə çəkildim. Utanmadan əlimi və qolumu sallaya-sallaya getdim”.
35 yaşlı aktrisa özünü “Diva” adlandırması barədə açıqlama verib:
“Divalığımın dadını çıxarıram. Evlilik barədə düşünmürəm. Çünki, divaları xoşbəxt etmək çox çətindir. Mən isə çox çətin bir qadınam. Dörd pişiyim olduğu üçün ərə gedə bilmərəm. Evdə yer yoxdur”.