2020-ci ilə qədər Azərbaycanda bütün şagirdlər planşetlərlə təmin olunacaq
- 04.11.2016, 13:53,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Təhsil Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlər planşetlərlə təmin olunacaq".
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Xaçmaz şəhərində Təhsil Nazirliyinin məsul əməkdaşlarının şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə keçirilən görüşündə deyib. Nazir müavini bildirib ki, son 10 ildə ölkədə 3 mindən çox yeni məktəb binası tikilib və əsaslı təmir edilib. Onun sözlərinə görə, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların və dərsliklərin hazırlanması işləri davam etdirilir. Nazir müavini təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
Qeyd edək ki, Xaçmaz şəhərində görüşün məqsədi bölgələrdə çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr verməkdir. Toplantıda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edib.