Rusiya XİN: Suriya müxalifətini silahlandırmaq qərarı münaqişənin həllinə kömək etməyəcək
- 25.06.2013, 13:02,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Suriyanın dostları qrupu" görüşü zamanı bəyan edilən Suriya müxalifətinin silahlandırılması, ölkədə siyasi nizama salınmaya imkan vermir və müxalifətin qələbə haqqında illüziyalarını həvəsləndirir. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirliyinin başçısının müavini Mixail Boqdanov bazar ertəsi jurnalistlərə bildirib.
"Qanunsuz silahlı dəstələrin silahlandırılması, bizim fikrimizcə, Suriyada siyasi nizama salınmaya imkan vermir, çünki müxalifəti həvəsləndirirlər və bu da onun üçün illüziya yaradır, guya onun xeyirinə hərbi həll yolu var", - Boqdanov deyib.
Boqdanov bildirib ki, çərşənbə axşamı Cenevrədə hazırlıq görüşündə Rusiya ABŞ-dan "Suriyanın dostları qrupunun" bu yaxınlardakı görüşünün təfərrüatını bilmək istəyir, hansında ki, Suriya müxalifətinin silahlandırılmasının yeni haqqında bildirilib.