Ağstafada altı ay əvvəl evə basqın edərək 15 min dollar oğurlayanlardan biri tutulub
- 04.11.2016, 14:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağstafada yaşayış evindən quldurluq yolu ilə oğurluq edənlər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini Səmayə Baxşıyevaya məxsus evdən quldurluq yolu ilə 1800 manat 13100 ABŞ dolları, 1000 ABŞ dolları dəyərində qızıl əşyaları aparmaqda şübhəli bilinən Yenigün kənd sakini Nəsib Tağıyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.