Bir müddət əvvəl “Yollar” adlı mahnısı təqdim edən Günay İbrahimli yeni klip çəkdirib.
Live.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, müğənni “Teşekkurler Bakü” adlı musiqi parçasını ekranlaşdırıb.
Mahnı türk dilindədir, ifaçı ilk dəfə bu tərzdə mahnıya müraciət edib.
“Sözləri və musiqisi Arif Şıxəmirova, arajımanı Rasim Məmmədova məxsusdur. Klip üzərində 20 nəfərdən ibarət komanda çalışıb. Rejissorun və mənim xüsusi komandam var idi. Ekran işində tərəf müqabilim yoxdur, ancaq tanınmayan aktyorlar iştirak edib.
Onlara belə bir şans verdik ki, öz istedadlarını göstərsinlər. Bakımı sevdiyim üçün bu mahnını kliplə təqdim etdim. Ekran işində Bakıdan gözəl görüntülər yer alıb. İstədim ki, şəhərin gözəllikləri klipdə əks olunsun. Bu, digər kliplərimdən çox fərqlənir”.