AFFA İntizam Komitəsinin iclası keçirilib

AFFA İntizam Komitəsinin iclası keçirilib Dünən AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Topaz Premyer Liqasının XXVI turunun bəzi oyunlarındakı hadisələrlə bağlı qərar verilib.

"Qəbələ" - "Bakı" matçında "Qəbələ"nin 6, "Bakı"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.

Oyunun 1 və 29-cu dəqiqələrində "Qəbələ"nin azarkeşləri tərəfindən pirotexniki vəsatələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

Oyundan sonra təhlükəsizlik təmin olunmadığı üçün (meydançaya azarkeş daxil olub) meydan sahibi 5000 manat cərimə olunub.

"Simurq" - "Neftçi" matçının 90+3-cü dəqiqəsində "Simurq"un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Şərhlər
İdman bölməsinin xəbərləri