IMF: Gələn il Azərbaycan iqtisadiyyatı 1,4% artacaq
- 05.11.2016, 15:30,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) 2016-cı ildə Azərbaycan iqtisadiyyatının (ümumdaxili məhsul istehsalı, ÜDM) 2,4% azalacağını proqnozlaşdırır. APA xəbər verir ki, bu barədə IMF-in noyabrının 4-də dərc etdiyi icmalında deyilir.
Fondun analitikləri bildirir ki, iqtisadi azalmanın əsas səbəbi dünya bazarında neftin kəskin ucuzlaşmasıdır.
Bununla yanaşı, icmalın müəllifləri qeyd edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı növbəti illərdə iqtisadi artıma səbəb olacaq. "Neftin qiymətinin stabilləşməsi və milli valyutanın rəqabətqabiliyyətli olması iqtisadi artıma təkan verə bilər".
IMF 2017-ci ildə Azərbaycanda 1,4% səviyyəsində iqtisadi artım gözləyir.