FTB ''elektron poçt'' işi üzrə Hillari Klintona qarşı ittiham irəli sürməyəcək
- 07.11.2016, 09:08,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Federal Təhlükəsizlik Bürosu ''elektron poçt'' işinin bərpası ilə əlaqədar Hillari Klintona qarşı ittiham irəli sürməyəcək.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə FTB direktoru Ceyms Kominin Konqresə göndərdiyi məktubda bildirilir.
Məktubda Hilları Klintonun yeni aşkarlanan məktublarının tədqiq edildiyi, sabiq dövlət katibinin əməlində cinayət tərkibinin olmadığı vurğulanıb. “Sabiq dövlət katibinə qarşı iyulda verilən qərar qüvvədə qalır”, C.Kominin məktubunda deyilir.
Qeyd edək ki, oktyabrın sonunda ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna namizədi Hillari Klinton barəsində iyulda yekunlaşan “elektron poçt” işi üzrə istintaqı yenidən bərpa edib.
İddiaya görə, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb.