Astara stansiyasından İran sərhədinə qədər yeni dəmir yolunun tikintisi başa çatıb
- 07.11.2016, 12:43,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci il tarixli “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncamına uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin çəkilişinə başlanıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Məbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, artıq 8,3 km uzunluğunda yeni dəmir yolu xətti Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünə çatıb.
Körpüdə 4 dayaq, istinad divarları tikilib, üstü betonlanıb. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların və məhəccərlərin quraşdırılması prosesi gedir.
Qeyd edək ki, relyefi mürəkkəb olan əraziyə - Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8, 3 km uzunluğunda dəmir yolu xəttin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunub, əraziyə 510000 kub-metr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib. Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 ədəd tunel tikilib. Dəmir yolu xəttinin çəkildiyi əraziyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatıb. Bütövlükdə bu ərazidə köçürülməli olan 315 obyekt (yaşayış və qeyri-yaşayış sahəsi) köçürülüb.