Saakaşvili Poroşenkonun ünvanına ittihamlar səsləndirib

"Prezident Pyotr Poroşenko Odessada iki klanı dəstəkləyir. Konkret olaraq o, Truxanovun kriminal, Urbanskinin isə korrupsion klanına dəstək verir. Vilayətdə hakimiyyəti bu iki nəfərə və onların tərəfdaşı Anton Kissenin “Bizim diyarımız”dan olan separatçılara veriblər".

APA-nın məlumatına görə, bunu bu gün istefa qərarını açıqlayan Odessa qubernatoru Mixail Saakaşvili bəyan edib.

“Bu vəziyyətdə mən istefa vermək qərarına gəldim. Bundan sonra mübarizəmin yeni mərhələsinə başlamaq niyyətindəyəm”, - deyə o vurğulayıb.

Saakaşvili qeyd edib ki, Odessa vilayətini sadəcə korrupsionerlərə deyil, Ukraynanın düşmənlərinə təslim edirlər: "Gördüyüm təkcə odur ki, heç bir nümunəvi məmur nəinki sosial yardım alır, ümumiyyətlə köməksiz vəziyyətdədirlər. Çünki Kiyevdəki ali hakimiyyət onların üstünə Presmanov və Qonçarenko kimilərini göndərir”.
Şərhlər
Dünya bölməsinin xəbərləri