Bakıda 72 yaşlı qadın pilləkəndən yıxılaraq ölüb

Bakıda 72 yaşlı qadın pilləkəndən yıxılaraq ölüb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əmircan qəsəbəsi Cavid Əliyev ev-21 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1941-ci il təvəllüdlü Həqiqət Əli qızı Əbdürrəhmanova yaşadığı evin pilləkənində yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri