FED-in dekabrda uçot dərəcəsini artırması ehtimalı sıfıra enib
- 10.11.2016, 09:13,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi praktiki olaraq dekabrda keçiriləcək Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) iclasında uçot dərəcəsinin artırılması ehtimalını sıfıra endirir. " APA xəbər verir ki, bunu "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen bildirib.
Seçkilərədək dekabrda keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ehtimalı 80% idi.
S. Yakobsen bildirib ki, dolların zəifləməsi ilə əlaqədar inflyasiyanın təzyiqi altında ABŞ-da resessiya təhlükəsinin artması qızılı bahalaşdıracaq: "Növbəti il ərzində qızılın unsiyasının qiyməti 1500 dollaradək arta bilər".
Bankir qeyd edib ki, neft bir neçə ay öncə proqnozlaşdırılandan bir qədər artıq bahalaşacaq: "İllik diapazon 35-70 dollaradək genişlənəcək. Bununla yanaşı, WTI markalı neft 62-65 dollaradək bahalaşa, ardınca isə 40 dollaradək ucuzlaşa bilər".